...

ABŞ Somalidə silahlı qrupların mövqelərinə aviazərbələr endirib

Gündəm Materials 25 Avqust 2021 04:07 (UTC +04:00)
ABŞ Somalidə silahlı qrupların mövqelərinə aviazərbələr endirib

Bakı. Trend:

ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı (AFRICOM) Somali hökuməti ilə koordinasiyada Əş-Şəbab qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə "AFRICOM"un rəsmi portalında dərc olunan məlumatda deyilir.

"Zərbələr Muduq bölgəsinin Kamaro bölgəsində həyata keçirildi. Hökumət bölmələri ilə Əş-Şabab silahlıları arasında döyüşlər davam etdiyi üçün qruplaşma tərəfdən vurulan ziyanın qiymətləndirilməsi hələ qurulmayıb", - məlumatda deyilir.

Xatırladaq ki, Somalinin mərkəzi hissəsində yerləşən Muduq regionunda ikinci həftədir ki hökumət orduları ilə Əş-Şəbab qruplaşması arasında döyüşlər gedir. 24 avqust səhər saatlarında qruplaşma silahlıları Amar şəhərini ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti