...

"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

Hadisə Materials 29 Noyabr 2021 15:35 (UTC +04:00)
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.

İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.

F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti