...

Azərbaycan regionda vaksinasiyaya görə liderdir - Asiya İnkişaf Bankı

Gündəm Materials 14 Dekabr 2021 12:45 (UTC +04:00)
Azərbaycan regionda vaksinasiyaya görə liderdir - Asiya İnkişaf Bankı

Bakı. Nəzrin İsrafilova - Trend:

Azərbaycan Mərkəzi Asiya regionunda COVID-19 əleyhinə vaksinasiyaya görə liderdir.

Trend bu barədə Asiya İnkişaf Bankının hesabatına istinadən məlumat verir.

Məlumata əsasən, dekabrın 2-dək ölkədə peyvənd olunan insanların sayı əhalinin 50 faizini ötüb.

Daha sonra Qazaxıstan, Gürcüstan və Tacikistan gəlir. Regionda ən yavaş vaksinasiya templəri Ermənistan və Qırğızıstanda qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesi yanvarın 18-dən başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti