...

Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb (FOTO)

Gündəm Materials 19 Dekabr 2021 10:39 (UTC +04:00)
Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Sabirabad rayonu Türkədi kənd sakini Əli Ələsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ələsgərovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti