...

Yollarımız qışa hazırdır? - RƏSMİ AÇIQLAMA

Gündəm Materials 22 Dekabr 2021 10:48 (UTC +04:00)
Yollarımız qışa hazırdır? -  RƏSMİ AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Dünən ölkəmizə qış fəsli qədəm qoyub. Yollarımız qış fəslinə hazırdırmı?

Bununla bağlı sualı Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, payız-qış mövsümü ilə bağlı oktyabrın 1-dən tədbirlərimizi görmüşük. Qış mövsümü ilə əlaqədar texnikalar hazır vəziyyətə gətirilib, qum-duz ehtiyatı toplanılıb, işçilərin isti geyimlə təmin oluması üçün işlər aparılıb.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarımızda payız fəslindən artıq qarın yağması müşahidə olunur. Əməkdaşlarımız dağlıq və dağətəyi yolların kənarında duz qum ehtiyyatından ibarət topalar yığıb. Onlar öncədən yolların kənarına yığılır ki, qar yağarkən hərəkətin fəaliyyətinə çətinlik yaransa əməkdaşlarımız həmin əraziyə cəlb olunsun və orda yaranmış problem qısa müddət ərzində aradan qaldırılsın.

"Paytaxt yolları da qışa hazırdır. Kifayət qədər duz-qum ehtiyatımız var. Zərurət olarsa yenə texniki duz alınacaq. Bakının əsas küçələri ilə yanaşı şəhərətrafı küçələr, qəsəbələrə gedən yollar, prospektlər bizim agentlik tərəfindən nəzarətdə saxlanılır. Qış boyunca hər hansı problem yaranarsa, müdaxilə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti