...

Azərbaycanda tələbə inşaat dəstələrinin yaradılması təklif edilir

Gündəm Materials 27 Dekabr 2021 11:14 (UTC +04:00)
Azərbaycanda tələbə inşaat dəstələrinin yaradılması təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda tələbə inşaat dəstələrinin yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyilib.

O qeyd edib ki, artıq torpaqlarımız işğaldan azad edilib.

“Azad edilən ərazilərdə böyük bərpa və yenidənqurma işləri aparılır və orada çoxlu sayda işçi qüvvəsinə ehtiyac var. Təklif edirəm ki, tələbə inşaaat dəstələri yaradılsın və azad edilmiş ərazilərdə görülən işlərə cəlb edilsin. Tələbələr yayada iki ay tətilə çıxacaqlar və həmin vaxtda azad olunmuş ərazilərdə çalışb maaş ala bilərlər. Hətta hesab edirəm ki, onlar azad edilmiş ərazilərdə pulsuz da işləməyə razı olarlar. Yay tətilinə beş aya qədər vaxt qalıb. O vaxta qədər bu dəstələr yaradıla bilər”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti