...

Almatı hava limanının azad edilməsi əməliyyatında iki hərbçi həlak olub

Gündəm Materials 6 Yanvar 2022 01:13 (UTC +04:00)
Almatı hava limanının azad edilməsi əməliyyatında iki hərbçi həlak olub

Bakı. Trend:

Almatı hava limanında keçirilən antiterror əməliyyatı zamanı iki hərbçi həlak olub.

Trend xəbər verir ki, bundan əvvəl şəhər komendantlığı hüquq-mühafizə orqanlarının Almatıda xüsusi antiterror əməliyyatına başladığı barədə məlumat vermişdi.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında bildirmişdir ki, Almatıda terrorçu dəstələr hava limanı və xarici təyyarələr də daxil olmaqla beş təyyarə ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti