...

Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir

Gündəm 20 Yanvar 2022 11:20 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir

Bakı. Trend:

Digər ölkələrin təcrübəsinə istinadən deyə bilərik ki, Azərbaycanda "omikron" aşkarlandıqdan sonra koronavirusa yoluxanların 40 faizində bu ştamm ola bilər.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, dünyanın digər ölkələrində də “omikron” ştammı geniş yayılıb və digər ştammlardan fərqli olaraq yolxuculuğu daha üstündür.

"Bununla bağlı rəqəmlər artmaqdadır. Ona görə hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Hələlik qapanma üçün əsas yoxdur. Ümumi vəziyyət stabildir. Hazırda Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur" - deyə o qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti