...

Zakir Həsənovun İrana səfəri başlayıb

Gündəm 25 Yanvar 2022 11:04 (UTC +04:00)
Zakir Həsənovun İrana səfəri başlayıb

Bakı. Trend:

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti