...

“Baktelecom” paytaxtda internetin kəsiləcəyi iddialarına münasibət bildirib

Gündəm Materials 14 Fevral 2022 16:10 (UTC +04:00)
“Baktelecom” paytaxtda internetin kəsiləcəyi iddialarına münasibət bildirib

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq qurumdan bildirilib.

“Bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb. Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”, - deyə şirkətdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti