...

Xarici ölkə qeydiyyatlı avtobusların ölkəmizdə sərnişin daşıması qanunidir? - AÇIQLAMA

Gündəm Materials 8 Mart 2022 09:18 (UTC +04:00)
Xarici ölkə qeydiyyatlı avtobusların ölkəmizdə sərnişin daşıması qanunidir? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Hazırda qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problem xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində daşıyıcıların rentabelliyinə ciddi zərbə vurur. Daşıyıcılar daha çox Gürcüstan dövlət nömrə nişanlı avtobusların fəaliyyətindən şikayətləniblər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib. Görüşdə daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə olunub. Görüş zamanı daşıyıcıların təklifləri dinlənilib. Qərara alınıb ki, kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə daşıyıcılarla Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında vahid əlaqə kanalı yaradılsın və məsul şəxs təyin edilsin. Həmçinin, belə nəqliyyat vasitələrinin nömrələri və onlardan istifadə edən daşıyıcılar müəyyən olunaraq müvafiq dövlət orqanı ilə birgə onlara qarşı tədbirlər həyata keçirilsin.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti