...

Bayramda yoluxma sayı arta bilər - İnfeksionist

Gündəm Materials 15 Mart 2022 14:12 (UTC +04:00)
Bayramda yoluxma sayı arta bilər - İnfeksionist
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir, lakin qarşıdan Novruz bayramı gəlir. Bayramda isə insanlar daha çox bir yerə toplaşmağa, qonaq gedib-gəlməyə üstünlük verirlər. Bu səbəbdən qarşıdakı günlərdə yoluxma sayında az da olsa artım ola bilər.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Lakin artım çox olmayacaq. Belə ki, vətəndaşlarımızın çoxu "buster" doza ilə (3-cü doza) vaksinasiya olunublar. Yoluxmanın kütləvi olmayacağını bildirən səbəblərdən biri də vətəndaşlarımızın böyük əksəriyyətinin virusa yoluxub sağalmasıdır. Bununla da kütləvi immunitet formalaşıb. Bütün bunlara baxmayaraq, virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməlidirlər", - M.Əliyev əlavə edib.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti