...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 24 Mart 2022 18:43 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksin vurduranların sayı 3 021 324, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 025 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti