...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 25 Mart 2022 18:40 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 477 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksin vurduranların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 356 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksin vurduranların sayı 3 026 385, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 381 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti