...

Bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb

Gündəm Materials 5 Aprel 2022 11:58 (UTC +04:00)
Bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti