...

Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir - TƏBİB

Gündəm Materials 7 Aprel 2022 12:32 (UTC +04:00)
Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə üzrə COVID-19 əleyhinə vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, regionlarda da bu proses əhalinin sayına görə tənzimlənir.

"Məqsədimiz əhalinin daha sürətli vaksinasiya olunmasıdır. Peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu zamana qədər hər hansı bir problem yaşanmayıb" - deyə o əlavə edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, peyvənd məntəqələrində kifayət qədər soyuducular və digər avandanlıqların verilməsi zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti