...

Ukraynada atəşkəs ən qısa zamanda əldə olunmalıdır - Hulusi Akar

Gündəm Materials 9 Aprel 2022 05:31 (UTC +04:00)
Ukraynada atəşkəs ən qısa zamanda əldə olunmalıdır - Hulusi Akar

Bakı. Trend:

Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyimizi açıq şəkildə ifadə etməyə davam edirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, İtaliya və Böyük Britaniyalı həmkarları ilə İstanbulda keçirdiyu üçtərəfli görüşün nəticələrinə dair mətbuat konftansı zamanı deyib.

"Görüşlərimiz zamanı müəyyən etdik ki, Ukraynada baş verən son hadisələr fonunda daha çox insan tələfatı, mülki itkilər olmaması, humanitar vəziyyət daha da pisləşməməsi üçün ən qısa zamanda atəşkəsə ehtiyac var. Bölgədə sülh və təhlükəsizliyin ən qısa zamanda bərqərar olması və buna uyğun olaraq sabitliyin təmin edilməsi üçün atəşkəsin zəruri olduğunu bildiririk", - deyə H.Akar qeyd edib.

Onun sözlərinə görə, atəşkəsin əldə olunması ilə diplomatiyanın yolunun açılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti