...

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar (FOTO)

Gündəm Materials 9 Aprel 2022 11:56 (UTC +04:00)
Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti zonasında saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri - 9 600 ədəd həb və 1 020 ampul aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti