...

Fransada prezident seçkilərinin birinci turunda Makron və Le Pen liderlik edirlər

Gündəm Materials 10 Aprel 2022 22:40 (UTC +04:00)
Fransada prezident seçkilərinin birinci turunda Makron və Le Pen liderlik edirlər

Bakı. Trend:

Fransanın hazırkı prezidenti Emmanuel Makron və "Milli Assambleyaya" partiyasından olan namizəd Marin Le Pen Fransa prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalı xəbər verib.

İlkin məlumatlara görə, E.Makron 28,5%, Marin Le Pen isə 24,2% səs toplayıb.

"İtaətsiz Fransa" partiyasının lideri Jan-Lük Melanşon 0,2%, "Rekonkista" hərakatının qurucusu Erik Zemur - 7,1% qazanıb. Paytaxt İl-de-Frans regionunun rəhbəri, "respublikaçılar"dan olan namizədi Valeri Pekress – 5,1%, Paris meri, Sosialist Partiyasının namizədi Ann İdalqo – 1,9% toplayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti