...

Makron birinci turda səslərin 65 faizini hesablayandan sonra irəlidədir

Gündəm Materials 11 Aprel 2022 01:04 (UTC +04:00)
Makron birinci turda səslərin 65 faizini hesablayandan sonra irəlidədir

Bakı. Trend:

Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin birinci turunda səslərin 65 faizini hesablayandan sonra 27,03 faiz səs toplayaraq irəlidədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, ikinci yerdə 26,88 faiz səs toplayan "Milli Birlik" partiyasından olan namizəd Marin Le Pendir.

Öz növbəsində, “İtaətsiz Fransa”nın lideri Jan-Lük Melenşon üçüncü yerdə qalmaqda davam edir. O, ilkin məlumatlara görə, təxminən 18,9 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti