...

Bayden Zelenski ilə ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edib

Gündəm Materials 13 Aprel 2022 22:13 (UTC +04:00)
Bayden Zelenski ilə ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Vaşinqtonun Kiyevə “davamlı dəstəyi”ni müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, telefon danışığı bir saata yaxın davam edib:

"Prezident Bayden prezident Zelenskiyə ABŞ-ın Ukraynaya davamlı dəstəyi barədə aktual məlumatı vermək üçün zəng edib". Danışığın məzmunu ilə bağlı əlavə məlumat verilməyib.

Ukraynda prezidenti öz "Twitter" səhifəsində yazıb ki, o "Prezident Bayden ilə daimi dialoqu davam etdirib":

"Əlavə müdafiə paketi və Ukrayna üçün mümkün makromaliyyə dəstəyi müzakirə edilib". V.Zelenski qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti