...

Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardımın göndərilməsini açıqlayıb

Gündəm Materials 13 Aprel 2022 23:53 (UTC +04:00)
Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardımın göndərilməsini açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya artilleriya sistemləri, zirehli avtomobillər və helikopterlərin daxil olduğu 800 milyon dollarlıq təhlükəsizlik yardım paketini qəbul etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında bildirilib.

“Mən indicə prezident Zelenski ilə danışdım və ona dedim ki, administrasiyam Ukraynaya silah, əsgəri təchizat və digər təhlükəsizlik yardımı şəklində 800 milyon dollar əlavə yardıma razılıq verib", - deyə qeyd olunub.

ABŞ prezidenti bildirib ki, yardım paketi xüsusilə Ukraynaya “artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli avtomobillər”, eləcə də helikopterlərin göndərilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti