...

Bakı-Naxçıvan avtobuslarının sərnişinlərindən PCR test tələb olunmayacaq

Gündəm Materials 14 Aprel 2022 13:00 (UTC +04:00)
Bakı-Naxçıvan avtobuslarının sərnişinlərindən PCR test tələb olunmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti