...

Bu il 600-dən çox sürücünün qanında narkotik aşkarlanıb

Gündəm Materials 19 Aprel 2022 12:35 (UTC +04:00)
Bu il 600-dən çox sürücünün qanında narkotik aşkarlanıb

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18526 nəfər istiqamətləndirilib.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumatında deyilir.

Həmin sürücülərdən narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Cari ilin yanvar- mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olub ki, onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti