...

Laçında azaraq itkin düşən hərbçilərimizin axtarışları davam edir - MN

Gündəm Materials 26 Aprel 2022 10:20 (UTC +04:00)
Laçında azaraq itkin düşən hərbçilərimizin axtarışları davam edir - MN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.

Müdafiə Nazirliyindən Trend-əin sorğusuna cavab olaraq bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Məlumatda bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti