...

Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər (FOTO)

Gündəm Materials 27 Aprel 2022 21:38 (UTC +04:00)
Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər (FOTO)

Bakı. Trend:

Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər.

Trend-in məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

"Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib. Səfər zamanı qonaqlar dağıdılmış dini abidələr, İmarət, Cümə məscidi, kəndlər, həmçinin, şəhərin yeni inkişaf planı ilə tanış olublar", - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti