...

Böyük Britaniya Ukraynaya humanitar yardım üçün 57 milyon dollar ayıracaq

Gündəm Materials 5 May 2022 05:17 (UTC +04:00)
Böyük Britaniya Ukraynaya humanitar yardım üçün 57 milyon dollar ayıracaq

Bakı. Trend:

Böyük Britaniya Ukraynadakı münaqişədən zərər çəkmiş ən həssas təbəqəyə 45 milyon funt sterlinq (57 milyon dollar) verəcək.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.

Bildirilib ki, bu vəsaitlər BMT strukturlarına və humanitar təşkilatlara göndəriləcək.

15 milyon funt-sterlinq (19 milyon dollar) BMT-nin Ukrayna üzrə Humanitar Fonduna və BMT-nin Uşaq Fonduna müvafiq olaraq ianə olunacaq. Daha 10 milyon funt sterlinq (12,6 milyon dollar) Moldovada qaçqınlara kömək edən humanitar təşkilatlara, 5 milyon funt sterlinq (6,3 milyon dollar) isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına müvafiq olaraq veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti