...

Xaricdə rezidentura təhsili alan azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi üçün işlər görülür

Gündəm Materials 10 May 2022 11:50 (UTC +04:00)
Xaricdə rezidentura təhsili alan azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi üçün işlər görülür
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində rezidentura keçmiş azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi ilə bağlı işlər görülür.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan Tibb Universitetinin tələbələri var ki, onlar xaricdə rezidentura təhsili alır.

"Həmin şəxslərlə bizim görüşümüz olub və lazım olan dəstək göstərilib. Ümidvarıq ki, həmin tələbələr xaricdə təhsillərini başa vurandan sonra Azərbaycana qayıdacaq və burada fəaliyyətlərini davam etdirəcəklər", - Nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti