...

Türkiyənin Parisdəki Baş Konsulluğuna hücum edilib

Gündəm Materials 13 May 2022 01:50 (UTC +04:00)
Türkiyənin Parisdəki Baş Konsulluğuna hücum edilib

Bakı. Trend:

Türkiyənin Parisdəki Baş Konsulluğuna şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən fişəng tipli partlayıcılarla hücum edilib.

Trend-in məlumatına görə, mayın 12-i gecə yerli vaxtla saat 02:30 radələrində baş verib.

Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsi sınıb və divarları zədələnib. Fransa rəsmiləri hücumla bağlı araşdırmalara başlayıb.

Mənbələrin verdiyi məlumata görə, hücuma görə məsuliyyəti PKK-ya bağlı birləşmələrin üzərinə götürdüyü öyrənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti