...

Türkiyə qırıcıları Bakı səmasında (VİDEO)

Gündəm Materials 23 May 2022 11:31 (UTC +04:00)
Türkiyə qırıcıları Bakı səmasında (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Türkiyə qırıcıları Bakı səmasında görünüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

Qeyd edək ki, mayın 26-da Azərbaycanda "Teknofest" festivalının açılış mərasimi keçiriləcək.

Festivalın açılış mərasimində müxtəlif şou proqramlarla bərabər hava şoularının da keçirilməsi nəzərdə tutulur. Hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” və “MiQ-29” qırıcı təyyarələrinin, eləcə də Türkiyənin “F-5 Türk Ulduzları” və “F-16 Solo Türk” aerobatika komandalarının, nümunəvi pilotaj uçuşları, “Hurkush Fighter” təlim təyyarələrinin, ATAK helikopterlərinin demo uçuşları daxildir.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti