...

Azərbaycan hərbçiləri “Efes-2022” çoxmillətli təlimində (FOTO/VİDEO)

Gündəm Materials 26 May 2022 11:48
Azərbaycan hərbçiləri “Efes-2022” çoxmillətli təlimində (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti