...

Ərdoğan Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimləri izləyib (FOTO)

Gündəm Materials 9 İyun 2022 14:07 (UTC +04:00)
Ərdoğan Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimləri izləyib (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti