...

TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yaydı (FOTO)

Gündəm Materials 13 İyul 2022 23:52 (UTC +04:00)
TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yaydı (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir:

"Aydınlıq gətirmək üçün bildiririk ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.

Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.

Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti