...

Yol polisi hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib

Gündəm Materials 18 İyul 2022 16:08 (UTC +04:00)
Yol polisi hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yol polisi hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.

Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə bildirib ki, hüquqi şəxslərin, eləcədə dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansısa fiziki şəxsin idarəetməsinə verilməsi yəni həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyəti üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur.

"Belə ki, vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, və yaxudda dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olmuşdursa həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə AR İXM-nin 347-ci maddəsinə əsasən vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə halı nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyini bilməlidir.

Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblətinə ciddi şəkildə əməl etməyi, qanunun aliliyi prinsipini unutmamağı, sadə vətəndaşlar arasında narazlıq yaratmamağı və ən əsası, yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmağı düşünüb dövlətin qanunla qorunan tələblərinə hörmətsizlik edib, nizam-intizama xələl gətirəcək addımlardan çəkinməyi xahiş edirik!", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti