...

Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 6 şəxs yaralanıb (FOTO)

Gündəm Materials 21 İyul 2022 14:25 (UTC +04:00)
Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 6 şəxs yaralanıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Bərdə rayonunda avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb 6 nəfər xəsarət alıb.

Trend-in xəbərinə görə, "Niva" və "vaz 2107" markalı avtomobillər toqquşub.

Müxtəlif bədən xəsarətləri ilə Bərdə Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilən yarılar Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm qızı, Calalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğludur.

Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Həlak olan 1986-cı il təvəllüdlü Əmirli kənd sakini Şəhla Eyvazovadır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti