...

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Gündəm Materials 30 İyul 2022 11:30 (UTC +04:00)
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Bakı. Trend:

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti