...

Ötən həftə 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Gündəm Materials 29 Avqust 2022 10:02 (UTC +04:00)
Ötən həftə 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, avqustun 22-dən 27-nə qədər 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti