...

Laçına komendant təyin edilib, polisin fəaliyyəti bərpa olunub (FOTO)

Gündəm Materials 1 Sentyabr 2022 11:09 (UTC +04:00)
Laçına komendant təyin edilib, polisin fəaliyyəti bərpa olunub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonuna komendant təyin olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Trend-in sorğusuna cavab olaraq bildirib ki, Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.

Rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti