...

İsveçdə parlament seçkilərində hakim partiya bloku öndədir

Gündəm Materials 12 Sentyabr 2022 00:50 (UTC +04:00)
İsveçdə parlament seçkilərində hakim partiya bloku öndədir

Bakı. Trend:

İsveçin hakim Sosial Demokrat İşçi Partiyasının qırmızı-yaşıl bloku (Sosial Demokrat İşçi Partiyası, Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyası) Mərkəz Partiyası ilə birgə İsveçdə keçirilən parlament seçkilərində cüzi fərqlə öndədir.

Trend-in məlumatına görə, bu barədə "TV4" televiziya kanalının "exit poll" nətəcilərində göstərilib.

Məlumata əsasən, hakim blok 50,6 faiz, müxalifətin sağ-liberal alyansı (Mülayim Koalisiya Partiyası, "Liberallar", Xristian Demokrat Partiyası, "İsveç Demokratları") 48 faiz səs toplayıb.

SVT telekanalının "exit-poll" nəticələrinə görə, hakim blok 49,8 faiz, müxalifətin sağ-liberal alyansı isə 49,2 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti