...

Daşkəsəndə təxribat məqsədilə basdırılan minalar zərərsizləşdirilib (FOTO)

Gündəm Materials 4 Oktyabr 2022 11:24 (UTC +04:00)
Daşkəsəndə təxribat məqsədilə basdırılan minalar zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti