...

Ehtiyatda olan polkovnik həbs edildi

Gündəm Materials 6 Oktyabr 2022 14:36 (UTC +04:00)
Ehtiyatda olan polkovnik həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa çatıb.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib.

Elnur Məmmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Elnur Məmmədov sosial şəbəkələrdə bir sıra iddialar irəli sürmüşdü.

Xəbər lenti

Xəbər lenti