...

Ombudsman Aparatının Qarabağda regional mərkəzinin açılması planlaşdırılır

Gündəm Materials 7 Oktyabr 2022 13:11 (UTC +04:00)
Ombudsman Aparatının Qarabağda regional mərkəzinin açılması planlaşdırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsman Aparatının Qarabağda regional mərkəzinin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsi zamanı regional mərkəzlərlə bağlı iradlara cavab verən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə deyib.

R.Rumzadə qeyd edib ki, Ombudsman Aparatının 4 regional mərkəzləri var və birinin də Qarabağda açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti