...

Tehran həbsxanasında münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur - prokuror

Gündəm Materials 16 Oktyabr 2022 11:24 (UTC +04:00)
Tehran həbsxanasında münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur - prokuror

Bakı. Trend:

Ötən gün axşam Tehranın şimalındakı "Evin" həbsxanasında məhbuslar arasında dava nəticəsində baş verən yanğın söndürülüb.

Trend-in "İRNA"ya istinadən verdiyi məlumata görə, dünən gecə məhbuslar arasında baş verən münaqişələr həbsxana paltarları anbarının yandırılmasına səbəb olub. Hüquq-mühafizə orqanları dərhal həbsxanaya nəzarəti təmin edib, yanğınsöndürənlər yanğını söndürüblər.

Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib. “Evin" həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.

Onun sözlərinə görə, son iğtişaşlarla bağlı saxlanılanların olduğu kamera ayrılıb və yanğın baş verən quldurların kamerasından xeyli aralıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti