...

Qızıldaş qəsəbəsində şəhid Sərxoşov Seymurun anım mərasimi keçirilib (FOTO)

Gündəm Materials 19 Oktyabr 2022 15:52 (UTC +04:00)
Qızıldaş qəsəbəsində şəhid Sərxoşov Seymurun anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Sərxoşov Seymur Ramiz oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə Sərxoşov Seymurun və digər Şəhidlərin məzarları ziyarət olunmuş, qəbirüstü abidələri önünə gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə ediblər.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti