...

Prokurorluq Laçında mina partlayışı barədə məlumat yaydı

Gündəm Materials 21 Oktyabr 2022 20:30 (UTC +04:00)
Prokurorluq Laçında mina partlayışı barədə məlumat yaydı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti