...

Azad olunan ərazilərdə müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur - Muxtar Babayev

Gündəm Materials 28 Oktyabr 2022 09:47 (UTC +04:00)
Azad olunan ərazilərdə müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur - Muxtar Babayev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün millionlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəlir.

Trend-in məlumatına görə, bunu Aİ-nın dəstəyi ilə həyata keçirilən «Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi» layihəsinin açılış mərasimində ekologiya və təbii tərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının sərəncamları ilə “Ağıllı” şəhər və “Ağıllı” kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsət alıb: "Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Və burada gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.

Hava sərhəd tanımır. Regionda hidrometeorloji təhlükəsinliyin təmin edilməsində biz öz töhfəsimizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatlarla paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti