...

44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

Gündəm Materials 4 Noyabr 2022 00:01 (UTC +04:00)
44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

Bakı. Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan TovuzAğstafa istiqamətində atəşkəs rejimini pozub.

- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.

- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti