...

"Twitter"-də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək

Gündəm Materials 5 Noyabr 2022 09:43 (UTC +04:00)
"Twitter"-də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Twitter"-də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək.

Trend-in məlumatına görə, hər hansısa "tweet"i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış "tweet"i redaktə edə bilər. Lakin sözügedən funksiya "TwitterBlue"adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi "Twitter" istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

"Tweet"lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq. Bu qərarı "Twitter"-in yeni sahibi olan İlon Mask açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti