...

Bu yaxınlarda Ağdamda dağıntıların necə böyük miqyasda olduğuna şahidlik etdim - Britaniya səfiri

Gündəm Materials 22 Noyabr 2022 15:57 (UTC +04:00)
Bu yaxınlarda Ağdamda dağıntıların necə böyük miqyasda olduğuna şahidlik etdim - Britaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu yaxınlarda Ağdamda səfərdə olarkən dağıntıların necə böyük miqyasda olduğuna şahidlik etdim.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda çıxışında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

O qeyd edib ki, bu ərazilərin minalardan təmizlənməsi qayıdış üçün vacibdir.

“Mən şadam ki, minalardan təmizlənmə prosesində ANAMA-ya dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri Britaniyadır”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsindən sonra isə Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalıb. Beləliklə, 10 noyabr 2020-ci il tarixində keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti