...

Müdafiə Nazirliyinin sabiq maliyyə rəisinin səhhətində problemlər yaranıb - AÇIQLAMA

Gündəm Materials 29 Noyabr 2022 10:06 (UTC +04:00)
Müdafiə Nazirliyinin sabiq maliyyə rəisinin səhhətində problemlər yaranıb - AÇIQLAMA
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin həbsdə olan sabiq maliyyə rəisi Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bunu məhkəmə tərəfindən 02 mart 2022-ci il tarixdə həbs olunmuş Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Vəkilin bildirdiyinə görə, səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Nizami Məmmədov saxlandığı İstintaq təcridxanasından Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Rəşad Mirmehdizadə qeyd edib ki, müvəkilinin Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin çoxsaylı maliyyə xidmət rəisləri ilə birlikdə mənimsənilən pul vəsaitlərinin əksər hissəsi dövlət büdcəsinə ödətdirilib. Hazırda da qalan hissənin də ödətirilməsi davam edir

Xəbər lenti

Xəbər lenti